• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şamaxıda safari parkı

  • 03 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev oktyabrın 2-də yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olub.

Parkda dövlət başçısına məlumat verilib ki, 2014-cü ildə qurulan “Azər Ekov” MMC Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə işlər görür. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin beynəlxalq assosiasiyasına üzv olub. Assosiasiya üzvləri yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər.

Bildirilib ki, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində, Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. 36 kilometr uzunluğunda enli yol çəkilib. Heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub.

AZƏRTAC-ın arayışına görə, safari turizmi Afrikada yaranıb. Tanzaniyalıların dilindən götürülmüş safari sözü səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib.

Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var.

İlqar Məmmədov iki vəkilindən imtina etdi

  • 02 Oktyabr 2017
  • comments

Prezident kənddə yeni vəd verdi

  • 03 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Bölgə
  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda