Oktyabrın 4-nə gözlənən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək.
Havanın temperaturunun gecə 11-13, gündüz 14-16 dərəcə isti olacağı gözlənir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənir, dağlıq ərazilərdə sulu qar, qara keçəcəyi ehtimalı var.
Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti olacağı gözlənir.
Yuxarı Qarabağ, Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qara keçəcəyi, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 2-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 7-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ , İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 4-9, gündüz 9-14° isti, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənir.
Mərkəzi Aran rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 7-12, gündüz 14-17 dərəcə isti olacağı gözlənir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənir, bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 9-12, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənir.