• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İspaniyanı bölən səsvermənin ilkin nəticələri

  • 02 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İspaniyanın Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referendumun ilkin nəticələri bəlli olub. Referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İspaniya hökuməti referendumu qanunsuz sayaraq əngəlləməyə çalışıb. Separatçılarla polisin toqquşmalarında 844 mülki şəxs, 33 hüquq mühafizə işçisi xəsarət alıb.

Novator.az-ın məlumatına görə, vilayət rəsmiləri səsvermə hüququ olan 5,3 milyon nəfərdən 2,3 milyonunun referenduma gəldiyini, onların 90 faizinin Kataloniyanın müstəqil dövlət elan olunmasına tərəfdar çıxdığını bəyan ediblər.

İspaniyanın baş naziri Mariano Rahoy xalqa müraciətində referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını vurğulayıb.

Oktyabrın 2-də rəsmi Bakı da məsələyə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir: “Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Müstəqillik referendumu muxtar vilayətin başçısı Karles Puçdemontun sentyabrın 6-da imzaladığı dekretlə təyin olunub. İspaniyanın Konstitusiya Məhkəməsi qərarı ləğv edib.

Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb.

Muxtar vilayətdə 2014-cü il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

2015-ci il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil dövlət yaradılması prosesinə qərar verib. İspaniyanın Konstitusiya Məhkəməsi qətnamənin ləğvi barədə qərar çıxarıb.

Oktyabrın ilk məzənnələri

  • 02 Oktyabr 2017
  • comments

Prezident Qobustanda: yeni su layihəsi təqdim olun...

  • 02 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda