• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İspaniyada Kataloniya: ölkə və vilayətin müqayisəli göstəriciləri

  • 02 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

İspaniya və ölkənin separatçı bölgəsi Kataloniyanın müqayisəli göstəriciləri yayılıb. Novator.az bildirir ki, Rusiyanın “RİA Novosti” agentliyinin təqdim etdiyi göstəricilərə əsasən, İspaniyanın ümumi ərazisi 504,8 min kvadrat kilometr, Kataloniya vilayətinin ərazisi 32,1 min kvadrat kilometrdir.

Krallığın əhalisi 46,52 milyon nəfərdir, bunun 7,52 milyon nəfəri Kataloniyada yaşayır.

İspaniya üzrə ümumi daxili məhsulun həcmi 1 trilyon 118 milyard avro, Kataloniyanın ümumi daxili məhsulu 212 milyard avrodur.

Adambaşına ümumi daxili məhsulda isə vilayət irəlidədir: İspaniyada 22,5 min avro, Kataloniyada 26,5 min avro.

İspaniyaya ildə 75,3 milyon turist gəlir, bunun 18 milyonu Kataloniyaya gələn turistlərdir. Turizmdən İspaniya ildə 60 milyard avrodan çox qazanc götürür, bunun 16 milyard avroya yaxını Kataloniyadandır.

Bütövlükdə İspaniyanın ixracı 253 milyard avrodur. Kataloniyanın ixracı 63 milyard avroya bərabərdir.

İşsizlik İspaniya üzrə 23,3%, Kataloniya üzrə 19%-dir.

Kataloniya İspaniya büdcəsinə 62 milyard avro vergi verir, İspaniya büdcəsindən 45 milyard avro alır.

Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Bölgə illərdir müstəqil dövlət olmaq üçün səy göstərir. Son illər üç belə cəhd qeydə alınıb. Muxtar vilayətdə 2014-cü il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin çoxu Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

2015-ci il noyabrın 9-da Kataloniya Muxtar Vilayətinin parlamenti bölgədə respublika qismində müstəqil dövlət yaradılması prosesinə qərar verib. İspaniyanın Konstitusiya Məhkəməsi qətnamənin ləğvi barədə qərar çıxarıb.

2017-ci il oktyabrın 1-də isə vilayətdə qanunsuz referendum keçirilib. Referendumda muxtar vilayəti müstəqil dövlət elan etmək niyyətinə münasibət öyrənilib. İlkin nəticələrə görə, 2,3 milyon nəfər referenduma gəlib, onların 90 faizi Kataloniyanın müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb.

İspaniya hökuməti referendumun nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edir.

Fiziologiya və tibb: Nobel mükafatını amerikalılar...

  • 02 Oktyabr 2017
  • comments

ABŞ-da terror: ölənlərin sayı 50 nəfəri ötüb

  • 02 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda