Prezidentin 8 avqust 2015-ci il sərəncamı ilə Bakının Sabunçu rayonunda qəzalı binalar sökülür, yerində müasir binalar tikilir. Sentyabrın 28-i Bakıxanov qəsəbəsində dövlətin inşa etdirdiyi növbəti binanın açılışı olub.
Yaşayış binası onmərtəbəli, ikigirişli, 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65 faiz çoxdur.
Tədbir çərçivəsində 40-dək ailə mənzillərinin açarlarını təhvil alıb.
Rəsmi məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 40-a yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verib.
Hesabata görə, bu il 17 “Kütləvi çıxarış” kampaniyası keçirilib: 4-ü paytaxtda, 13-ü regionlarda.