• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nə şans var?

  • 28 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

UEFA Çempionlar Liqasının qrup mərhələsində iki tur arxada qaldı. C qrupunda yarışan Azərbaycan komandası “Qarabağ” hələ xal toplamayıb. Ağdamlılar Londonda “Çelsi”yə 0:6, Bakıda “Roma”ya 1:2 uduzaraq qrupun son pilləsindədir.

Qrup mərhələsini dəf etmək üçün ən azı ikinci yeri tutmaq gərəkdir. Üçüncü yeri tutan komanda isə Avropa Liqasına transfer olunur. Hələlik zirvədə 6 xalla “Çelsi” dayanır. “Roma” 4 xalla ikincidir. “Atletiko”nun 1 xalı var.

Oktyabrın 18-də “Qarabağ “ Bakıda “Atletiko”nu qəbul edəcək. Bundan 13 gün sonra ağdamlılar həmin komanda ilə Madriddə görüşəcək.

Noyabrın 22-si Bakıda “Çelsi” ilə oynayacaq “Qarabağ” qrup mərhələsini dekabrın 5-i İtaliya paytaxtında “Roma” qarşısında tamamlayacaq.

Ağdam klubunun şanslarını necə dəyərləndirmək olar? Novator.az tanınmış idman icmalçıları Rövşən Binnətli və Aydın Bağırovun fikirlərini öyrənib.

Rövşən Binnətli deyir ki, “Qarabağ” üçün uğur qrup turnirini xalsız bitirməmək ola bilər: “Məncə, “Qarabağ”ın bu mövsüm üçün başlıca hədəfi Çempionlar Liqasının qrupuna düşmək idi və klub istəyini reallaşdırdı. Püşk təmsilçimizin qarşısına üç iddialı klubu çıxarıb. Nə qədər nikbin olmağa çalışsaq da, reallıq Azərbaycan çempionunun “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizədə qrup sonuncusu olmamasının mümkünsüzlüyünü diktə edir. Təsəllimiz turniri xalsız bitirməmək ola bilər. Amma turlar ötdükcə görünür ki, bu da elə asan başa gələn məsələ deyil.

Altı oyunun hamısında uduzarsa belə, mövsüm “Qarabağ” üçün uğurlu sayılmalıdır və Ağdam klubu ən xoş sözlərə layiqdir – komanda Çempionlar Liqasının qrup mərhələsinə düşmək kimi çətin işin öhdəsindən gəldi, ölkəmizin təkcə Avropanın yox, dünyanın ən nüfuzlu klub turnirində təmsil olunması kimi tarixi missiyanı yerinə yetirdi”.

Aydın Bağırov da “Qarabağ”ın qrupda irəliləmək şanslarının olmadığını düşünür: “Reallığı nəzərə alsaq, “Qarabağ”ın qrup mərhələsindən hətta üçüncü çıxmaq şansı yoxdur. Gedişat göstərir ki, bu gün çox yaxşı formada olan “Çelsi” qrupu lider kimi başa vuracaq. Bu komanda Çempionlar Liqasının ən azı yarımfinalına kimi gedə biləcəyini səfərdə əsas rəqibi “Atletiko”nu məğlub etməklə bir daha sübut etdi.

İkinci yer uğrunda mübarizə isə “Atletiko” ilə “Roma” arasında gedəcək və fikrimcə, qrup bu sıralama ilə yekunlaşacaq: “Çelsi”, “Atletiko”, “Roma”, “Qarabağ”.

Ağdam klubunun və komandanın baş məşqçisi Qurban Qurbanovun bu turnirdən qazancı böyük təcrübə olacaq. Belə bir yarışda ilk dəfə oynayan və bu cür yüksək səviyyəli komandalara tuş gələn “Qarabağ”dan yaxşı nəticələr gözləmək düz olmazdı. Bu mənada ilin sonuna qədər biz hamımız “Qarabağ”ın Çempionlar Liqasının oyunlarına baxmaqla yarışdan zövq almalıyıq. Çünki bəlkə bundan sonra uzun illər bu zövqü yaşamadıq”.

Yeni binanın sənədləri yerində təqdim olunub  

  • 28 Sentyabr 2017
  • comments

İkinci ticarət festivalına sərəncam verildi

  • 29 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda