Ermənistan hökumətinin 28 sentyabr iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsi təqdim olunub. Novator.az xəbər verir ki, layihəyə əsasən, gələn il üçün Ermənistanın müdafiə xərcləri 2017-ci illə müqayisədə 17,6 faiz artırılaraq 246,8 milyard drama (518 milyon dollar) çatdırılır.
Büdcə layihəsində müdafiə qüvvələrinə ayrılan xərclərin 202 milyard dramdan 238 milyard drama (497,9 milyon dollar) qədər yüksəlməsi nəzərdə tutulur.
Müdafiə sahəsindəki tədqiqatlar üzrə xərcləri isə təqribən 800 milyon dram artımla 2,433 milyard drama çatdırmaq planlaşdırılır.
Azərbaycanın 2017-ci il büdcəsində müdafiə xərcləri 2 milyard 642 milyon manatdan (1 milyard 553,9 milyon dollar) çoxdur. Müdafiə qüvvələrinə 1 milyard 269,9 milyon manat (746,9 milyon dollar) ayrılıb.