• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konqresmenlər azərbaycanlı rəsmilərə qarşı layihə irəli sürüblər

  • 27 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovern Azərbaycanda insan hüquqlarına hörmət edilməsini və qanunun aliliyinin təşviqini nəzərdə tutan qətnamə layihəsi irəli sürüblər.

“Turan”ın məlumatına görə, Nümayəndələr Palatasının beynəlxalq insan hüquqları panelinə sədrlik edən Smit deyib ki, Azərbaycan hakimiyyəti işgəncələr, siyasi motivli cinayət işləri, təcavüz, beynəlxalq adam qaçırma və digər növ təhdidlər vasitəsilə insan hüquqları müdafiəçilərini, müstəqil jurnalistləri və dini liderləri susdurmaq cəhdlərinə davam edir: “Bizim ölkələr arasında əhəmiyyətli təhlükəsizlik və iqtisadi əlaqələrin mövcudluğu aydın olsa da, bu cür pozuntulara göz yumulmamalıdır”.

Qətnamə layihəsində ABŞ hökumətinin Azərbaycan hökuməti ilə əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilməsi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir.

Layihədə Azərbaycan hökuməti bütün siyasi məhbusları və vicdan məhbuslarını dərhal azad etməyə, hökumətin hesabatlılığını və demokratik dəyərləri təşviq edən insanların hədəfə alınmasını dayandırmağa çağırılır.

Qlobal Maqnitski Aktının yeni dövrdə universal insan hüquqlarının müdafiəsində ABŞ-ın liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı layihədə deyilir: “ABŞ insan hüquqları pozuntularına yol verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi alətlərdən istifadə etməlidir. Bu tədbirlər Azərbaycan hökumətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək”.

Novator.az xatırladır ki, ötən il dekabrın 8-də ABŞ Konqresi Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktını qəbul edib. Bu akt 2012-ci ildə qəbul olunmuş Maqnitski insan haqları qanununun təsir dairəsini genişləndirib, onu qloballaşdırıb.

2012-ci il qanunu yalnız Rusiya vətəndaşlarına şamil edilir, insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların tətbiqini nəzərdə tuturdu. Qanuna əsasən, rusiyalı vəkil Sergey Maqnitskinin istintaq təcridxanasında ölümündə əli olduğu ehtimal edilən Rusiya məmurları və hüquq mühafizə orqanı əməkdaşları qara siyahıya salınıb. Qanunda göstərilib ki, onlara ABŞ-a səfər etmək qadağan edilir, maliyyə sanksiyaları da tətbiq oluna bilər.

2016-cı il dekabrın 8-də qəbul edilmiş Maqnitski aktı təkcə Rusiya deyil, bütün ölkələrin vətəndaşlarına tətbiq oluna bilər. Bu sənəd ABŞ prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

Azərbaycan rəqabətdə: 12 göstəricinin 9-u yaxşılaş...

  • 27 Sentyabr 2017
  • comments

Bakıda siftə

  • 28 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda