Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 26-da özəlləşdirmə hərracı keçirib.
Rəsmi məlumata görə, paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin start qiyməti 7 min 500 manat olub, sonda əmlak 12 min 200 manata özəlləşdirilib.
Özəlləşdirilməyə çıxarılan “Toyota Land Cruiser GX” markalı avtomobil əvvəlcə 9 min 500 manata təklif edilib, ancaq 13 min 545 manata satılıb.
“Nissan Sunny” nəqliyyat vasitəsinin qiyməti isə prosesdə 2 min manatdan 3 min manata qalxıb.