• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Efqan Muxtarli

Əfqan 110 manat 95 qəpik ödəyəcək

  • 26 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Həbsdə olan jurnalist Əfqan Muxtarlı səyyar vergi yoxlamasından keçirilib. Novator.az bildirir ki, vəkil Elçin Sadıqov belə məlumat yayıb.

Vəkilin sözlərinə görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı sentyabrın 25-i Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlıya beş gün öncə keçirilmiş səyyar vergi yoxlamasının aktını təqdim edib: “Məlum oldu ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Həmin qərar əsasında səyyar vergi yoxlaması keçirilib və jurnalistə bu barədə heç bir məlumat verilməyib. Tələbnamələr Əfqan Muxtarlıya aid olmayan, naməlum ünvanlara göndərilib, bank hesab məlumatları məhkəmə qərarı olmadan çıxarılıb.

Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb. Əfqan Muxtarlı aktın qanunsuz olduğunu deyir, lakin həmin pulu ödəmək niyyətindədir”.

Əfqan Muxtarlı mayın 31-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Əfqan Muxtarlı, müdafiəçilərinin dediyinə görə, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Jurnalist 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Jurnalist həbsinin səbəbini necə izah edir?

  • 26 Sentyabr 2017
  • comments

Baş redaktor karserə salınıb

  • 26 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda