2017-ci ilin yanvar-iyul aylarında Qırğızıstanda orta əməkhaqqı ötən ilin 7 ayı ilə müqayisədə 6,2% artaraq 14777 soma (365 manat) çatıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Komitəsi belə açıqlama yayıb.
Rəsmi hesabatda 2016-cı ilin sonuna Qırğızıstanda orta əməkhaqqı 14 min som (346 manat) göstərilib. Müstəqil mənbələr isə işləyən əhalinin aylıq əməkhaqqının 5-8 min som (123-198 manat) olduğunu vurğulayır.
Qırğızıstanın Sosial İnkişaf Nazirliyinin məlumatına görə, 2016-cı ildə ölkənin əmək qabiliyyətli əhalisinin 8%-i (201 min nəfər) işsiz olub. Hazırda Dövlət Əmək Birjasında 62,6 min nəfərin qeydiyyatda olduğu bildirilir.
Novator.az xatırladır ki, 2017-ci il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 523,1 manat olub.