• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Vergiler Nazirliyi

Yoxlamaların dayandırılma müddəti uzadılacaq

  • 21 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

2015-ci il oktyabrın 20-də sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması barədə qanun qəbul edilib. Novator.az xatırladır ki, qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamalar həmin il noyabrın 1-dən 2 il müddətinə dayandırılıb.

Vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisnadır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.

Vergilər Nazirliyinin qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.

Sentyabrın 21-də Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergiödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur: “Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Operativ nəzarət tədbirləri zamanı isə əmək müqavilələrinin bağlanmasına, vergiödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb. Bu məhdudlaşdırmadan sonra vergi yoxlamaları təxminən iki dəfə azalıb.

Kiçik və orta sahibkarlıq subyektlərinin büdcə daxilolmalarında xüsusi çəkisi böyük olmadığı üçün yoxlamaların dayandırılmasının büdcə gəlirlərinə əhəmiyyətli təsiri olmayıb. Ölkəmizdə vergi siyasətinin əsas məqsədi vergiödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində olması, kiçik və orta biznesin inkişafıdır.

Bütün bu müsbət tendensiyalar nəzərə alınaraq sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin artırılması nəzərdə tutulur. Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib.

Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

Ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənir”.

Təlimlərdə döyüş atışları

  • 21 Sentyabr 2017
  • comments
Azer Huseynbala

Baş redaktor ürəyindən əməliyyat olunub

  • 21 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda