• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ordu düşmənə rahatlıq verməmək tapşırığı aldı

  • 21 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Sentyabrın 21-i cəbhə bölgəsində Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə kollegiya iclası keçirilib. İclasda məsul şəxslərin məruzələri dinlənib.

Rəsmi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri barədə məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib. Şəxsi heyətin döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən nazir ali baş komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışında (“Beynəlxalq ictimaiyyət erməni faşizminə son qoymalıdır”) ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordu bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb. Zakir Həsənov bildirib ki, ali baş komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordu üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir.

Cəbhə zonasında vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Milli Şuranın mitinqi: plan necədir?

  • 21 Sentyabr 2017
  • comments

Büdcə zərfi prezidentə ötürüldü

  • 22 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda