• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni neft sazişinin detalları

  • 20 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

AZƏRTAC sentyabrın 14-ü Bakıda imzalanmış yeni neft sazişinin detallarını açıqlayıb.

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “İnpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “İtochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar.

Saziş Azəri-Çıraq-Günəşlinin (AÇQ) işlənməsini 2050-ci ilə qədər uzadır. Sənədə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Saziş Milli Məclisdə ratifikasiya olunmalıdır.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə görə, BP layihənin operatoru olaraq qalacaq. AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP – 30,37 faiz, “AzACG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “İnpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TP” – 5,73 faiz, “İtochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “İnpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TP” (6,8 faiz), “İtochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

Zəlzələ qurbanları artır

  • 20 Sentyabr 2017
  • comments

Nazir müsəlman ölkələri ayıq-sayıq olmağa çağırıb

  • 20 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda