Dövlət başçısı İlham Əliyev neft sənayesində çalışan bir qrup şəxsi təltif edib. Alıyev Nadir Əli oğlu, Hüseynov Şahmar Şəmistan oğlu, Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı, Lətifov Yaşar Aydın oğlu, Süleymanov Fuad Salman oğlu əməkdar mühəndis, Qasımov Fərrux Zakir oğlu əməkdar hüquqşünas fəxri adı alıblar.
İlham Əliyevin sərəncamı ilə Yusifzadə Xoşbəxt Bağı oğluna 1-ci dərəcəli “Əmək” ordeni, Əmirov Nail Nurov oğlu və Mövsümov Fəxrəddin Hədulla oğluna 3-cü dərəcəli “Əmək” ordeni, Mustafayev Bəylər Abbas oğluna 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.
Abdullayev Rafiq Qəzənfər oğlu, Eyvazov Maqsud Əli oğlu, İbadov Faiq Aslan oğlu, İsmayılov Əli Məmməd oğlu, Rəhmanov Rahib Ramiz oğlu, Vəliyev İsmət Süleyman oğlu prezidentin fərdi təqaüdünə layiq görülüblər.
55 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Novator.az xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin həmin günü Azərbaycan iri karbohidrogen şirkətləri ilə Xəzər dənizindəki Azəri, Çıraq, Günəşli yataqlarının birgə işlənməsi barədə saziş imzalayıb.
Bu il sentyabrın 14-də yataqların birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş yenilənib. 1994-cü il sazişinin müddəti 30 il idi. Yeni müqavilə hasilat müddətini 2050-ci ilə qədər uzadır.