• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nyu-Yorkda ümumi müzakirələr, qəbullar

  • 20 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev sentyabrın 19-u Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışına qatılıb.

Açılışda çıxış edən BMT-nin baş katibi Antonio Quttereş dünyada bir çox problemlərin olduğunu vurğulayıb, ölkələr arasında etibar və etimadın aşağı düşdüyünü bildirib. Qaçqınların sayının artması, miqrasiyanın çağırışları, insan alveri, iqlim dəyişikliyi problemlərinə toxunan baş katib əminliyini ifadə edib ki, yalnız birlikdə sülhə nail olmaq və qarşılıqlı etimadı bərpa etmək mümkündür.

BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu deyib. O, yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşüb, bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğulayıb. Miroslav Layçak qeyd edib ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.

ABŞ prezidenti Donald Tramp BMT-nin fəaliyyətinin daha da səmərəli olmasının vacibliyinə toxunub. O vurğulayıb ki, dövlətlər xalqların maraqlarını və gələcəyini müdafiə etməlidir: “Biz birlikdə çalışmalıyıq və təhdidlərə qarşı bir olmalıyıq”.

Braziliya prezidenti Mişel Temer də müzakirə olunan mövzularla bağlı fikirlərini bölüşüb.

Həmin gün baş qərargahda rəsmi dövlət naharı təşkil olunub. AZƏRTAC xəbər verir ki, İlham Əliyev naharda iştirak edib.

ABŞ prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul da təşkil olunub. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbula qatılıblar.

Müdafiə naziri Ermənistanla sərhədə baş çəkib 

  • 19 Sentyabr 2017
  • comments

Cəbhə bölgəsində yeni hərbi hissə

  • 20 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda