• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazir müsəlman ölkələri ayıq-sayıq olmağa çağırıb

  • 20 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının iclasında çıxış edib. İclas sentyabrın 19-u Nyu-Yorkda keçirilib.

Mfa.gov.az-ın məlumatına görə, nazir deyib ki, təhlükəsizlik və sabitliyin qorunub saxlanması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir: “Təəssüf ki, regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləyib, yeni münaqişə ocaqları meydana gəlib və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb. Biz itirilmiş və ya şikəst olmuş insan həyatları kimi çoxsaylı insan fəlakətlərinin şahidi olmuşuq və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır. Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğalla əlaqələndirməyə çalışır.

Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən İƏT dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram.

Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Qurumun üzvləri bu ölkələrdir: İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan.

Yeni neft sazişinin detalları

  • 20 Sentyabr 2017
  • comments
Ekologiya-Nazirliyi

15 günün ekoloji cəzaları

  • 20 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda