• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhə bölgəsindən yeniliklər

  • 19 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Mod.gov.az-ın 19 sentyabr məlumatına görə, müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə qoşunlarının cəbhə zonasında yerləşən bölmələrinin birində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar.

Nazirliyin rəhbərliyi ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.

Zakir Həsənov mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı tapşırıqlar qoyub.

Sentyabrın 18-də yayılmış rəsmi məlumatlarda isə deyilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissədə olub. Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

Həmin gün Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışına qatılıb. Nazirliyin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra Zakir Həsənov hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Mərkəzi Bank pul siyasətini dəyişmir

  • 19 Sentyabr 2017
  • comments

Avro və gürcü pulu bahalaşıb

  • 19 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda