• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cocuq Mərcanlı: ikinci mərhələ oktyabrda bitəcək  

  • 18 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin apardığı tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi davam etdirilir. AZƏRTAC xəbər verir ki, inşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb olunub. Bu mərhələdə 100 evin, 50 yerlik uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır.

17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Artıq bütün evlərdə hörgü, daxili və xarici suvaq işləri başa çatıb, dam örtükləri vurulub. İnşa olunacaq iki ədəd 200 kubmetrlik su anbarından biri hazırdır, həmçinin bir subartezian quyusu qazılıb.

Evlərin inşasında son tamamlama işləri aparılır. Uşaq bağçasında döşəmə, inzibati bina və poçt binasında dam örtüyü vurulur. Klub-icma mərkəzində daxili suvaq, rəngləmə işləri görülür.

Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi, daha bir 200 kubmetrlik su anbarının tikintisi və əlavə bir subartezian quyusunun qazılması davam etdirilir.

Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanacaq. Qəsəbədə həmçinin 1,75 hektarda yaşıllıq salınacaq.

Tikinti işlərinin oktyabr ayının birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel ayından ordu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.

Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Rusiyada əhalinin neçə faizi əmanətini bankda saxl...

  • 18 Sentyabr 2017
  • comments
Turan agentliyi

“Turan” hələ işləyə bilmir

  • 18 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda