• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanlı nazirin erməni ağrısı üzə çıxıb

  • 18 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Bu ayın əvvəlində Azərbaycanda səfərdə olan Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridi Ermənistanda “soyqırımı” abidəsini ziyarət edib, “soyqırımı” muzeyinin xatirə kitabına ürək sözlərini yazıbmış.

Saxta soyqırımı iddialarına görə, 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb.

Novator.az bildirir ki, Reza Moridinin “soyqırımı ağrısı” onun Azərbaycana səfərindən sonra üzə çıxıb.

Reza Moridi sentyabrın 5-6-da Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görüşlər keçirib, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olub.

Ölkəmizi tərk edəndən sonra – sentyabrın 11-də o, özünün Facebook səhifəsində Yerevan səfərindən fotoşəkillər paylaşıb. Nazir şəkillərin üstündən yazıb ki, ona avqustun 23-də Yerevanda erməni soyqırımı muzeyini və memorialını ziyarət edib, bir əsrdən çox əvvəl faciəli surətdə həlak olmuş insanların xatirəsini anmaq və xatirə kitabını yazmaq şərəfi nəsib olub. Facebook qeydində nazir muzeyin direktor müavini Suren Manukyana minnətdarlığını da ifadə edib.

Reza Moridi (Rza Müridi) əslən azərbaycanlıdır. O, 1945-ci ildə Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Orta və ali təhsilini İran paytaxtı Tehranda alıb. Sonra təhsilini Böyük Britaniyada davam etdirib. Fizika üzrə fəlsəfə doktorudur.

2013-cü ildən Kanadanın Ontario vilayətinin tədqiqat, innovasiya və elm naziridir.

Turan agentliyi

“Turan” hələ işləyə bilmir

  • 18 Sentyabr 2017
  • comments

Nyu-York görüşləri

  • 19 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda