• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Turan” cərimədən çıxır

  • 17 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bakı Şəhər Lokal Gəlirlər Departamenti “Turan” informasiya agentliyinə 2014-2016-cı illər üzrə kəsdiyi 37 min manat əlavə vergi sanksiyasını ləğv edib. Qərar kameral yoxlamanın yekunu əsasında çıxarılıb.

“Turan” qeyd edir ki, 2014-2016-cı illər üzrə əlavə vergi qərarı 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin agentliyə cinayət işi başlamasına əsas verib. Avqustun 16-da agentliyin ofisində axtarış aparılıb, mühasibat sənədləri və maliyyə fəaliyyəti ilə bağlı elektron daşıyıcılar götürülüb. İki gün sonra vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək qərarı verilib.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin “Turan”dakı yoxlamaları zəminində tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Qərar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

İstintaq iddia edib ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın hesabları dondurulub, agentliyin fəaliyyəti dayanıb.

Yasamal Rayon Məhkəməsi sentyabrın 11-də Mehman Əliyevi həbsdən buraxıb. Mehman Əliyev barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

“Turan” vergi ödənilməməsi barədə ittihamları təkzib edir və 2010-2016-cı illər üzrə əlavə vergi hesablanmasının əsassız sayılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib. Şikayət üzrə dinləmələr sentyabrın 27-nə təyin olunub.

Agentliyin yeni məlumatında bildirilir ki, Lokal Gəlirlər Departamenti cinayət işi başlanmasına səbəb olan 37 min cərimə qərarını ləğv etdiyi üçün ittihamların hüquqi bazası qalmır.

Vergiler Nazirliyi

Vergi orqanlarına müraciətlərin 68,2%-i müsbət həl...

  • 15 Sentyabr 2017
  • comments

Gənclər proqramında nələr var?

  • 17 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda