• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Aziz Orucov

Ombudsman Əziz Orucova nə məsləhət görüb?

  • 15 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərhXəbər

“Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova sentyabrın 15-də Novator.az-a danışıb. O bildirib ki, yoldaşı ilə son söhbətində Əziz sentyabrın 12-də Bakı İstintaq Təcridxanasına baş çəkən ombudsman Elmira Süleymanova ilə görüşü haqqında danışıb.

Jurnalistin xanımının dediyinə görə, ombudsman Əzizin səhhəti və saxlanma şəraiti ilə maraqlanıb, istək və problemləri haqda ona məktubla müraciət etməyi məsləhət görüb: “Ombudsman Əzizə deyib ki, müraciətində peşə fəaliyyəti, gördüyü işlər, xüsusən Azərbaycan, Qarabağ gerçəklikləri haqqında filmləri haqqında məlumat versin. Elmira xanım bu bilgiləri Əzizin müdafiəsi üçün zəruri saydığını vurğulayıb”.

Lamiyə Orucova əlavə edib ki, ombudsman Əziz Orucovun azadlığa buraxılandan sonra hansı fəaliyyətlə məşğul olacağı ilə də maraqlanıb: “Əziz planlarından danışaraq bildirib ki, hər zaman fəaliyyətinin özəyində dövlətə, dövlətçiliyə xidmət dayanıb, gələcəkdə də eyni prinsiplə yolunu davam etdirəcək. Ombudsman onun niyyətini dəstəklədiyini deyib”.

Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İyunun 1-də isə ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalist dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinir. Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əziz Orucovun işi üzrə istintaqı yekunlaşdırıb.

24 ildən sonra

  • 15 Sentyabr 2017
  • comments
adami media prize

Bakıda videobloqçuluq haqda seminar keçiriləcək

  • 15 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda