• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Krediti olanlara kömək üçün fond yaradıldı

  • 15 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Sentyabrın 15-də prezident İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, fərman “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını nəzərdə tutur.

Yeni qurum sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və prezidentin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

ASC-də ictimai əsaslarla fəaliyyət göstərən və 7 nəfərdən ibarət Müşahidə Şurası, habelə cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılır.

Müşahidə Şurası prezidentlə razılaşdırmaqla Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Mərkəzi Bankın (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Dövlət Neft Fondunun (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır.

Şura üzvləri öz aralarından ardıcıl qaydada sədr seçirlər. Sədrin səlahiyyət müddəti 1 (bir) ildir və o, ardıcıllıq nəzərə alınmaqla növbəti müddətlərə yenidən seçilə bilər.

İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.

Müşahidə Şurası İdarə Heyəti sədrinin təqdimatı əsasında digər üzvləri vəzifəyə təyin və vəzifədən azad edəcək.

ASC-nin yaradılması uçun işçi qrup formalaşdırılıb. İşçi qrupun rəhbəri postu Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin monetar və fiskal siyasət məsələləri sektorunun müdiri Kamil Heydərova verilib.

Qrupun üzvləri bu şəxslərdir:

Asif Qasımov – Mərkəzi Bankın Tədqiqatlar Departamentinin direktoru

Asim Zülfüqarov – Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji Xidmətlər Departamentinin direktoru

Samir Hümbətov – Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın inkişafı şöbəsinin müdiri

Xalid Əhədov – “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Cəlal Qasımov – “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Nuran Kərimov – “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin idarəedici partnyoru

Vüqar Əliyev – “KPMG Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru.

Cəhənnəmdən keçmiş mələk (43)

  • 15 Sentyabr 2017
  • comments

Azərbaycan nefti yenə bahalaşdı

  • 15 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda