• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyat kiçilib, əhali artıb

  • 15 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dövlət Statistika Komitəsi 8 aylıq makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 43 milyard 713,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib.

8 ayda iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 faiz artıb, neft sektorunda isə 7,6 faiz azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 faiz təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4498 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar yanvar-avqust aylarında 24,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz az sənaye məhsulu istehsal edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artıb, neft sektorunda isə 7,7 faiz azalıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz çoxalıb.

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, yanvar-avqust aylarında dövlət büdcəsinə 10 milyard 788,8 milyon manat vəsait daxil olub, büdcədən 11 milyard 327,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında 538,7 milyon manatlıq kəsir yaranıb.

Mərkəzi Bankın hesabatına görə, avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib. Kreditlərin 14,1 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği avqust ayının 1-nə 6 milyard 860,7 milyon manat olub.

2017-ci ilin yanvarından əhalinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-nə 9 milyon 858,9 min nəfərə çatıb.

Qəbrin nurla dolsun, azman türk ozanı Dədə Ədalət!

  • 15 Sentyabr 2017
  • comments
Vergiler Nazirliyi

Vergi orqanlarına müraciətlərin 68,2%-i müsbət həl...

  • 15 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda