• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
adami media prize

Bakıda videobloqçuluq haqda seminar keçiriləcək

  • 15 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Şərqi Avropada mədəni müxtəliflik üçün “ADAMİ Media Prize” mükafatının təşkil etdiyi “ADAMİ-dialoqlar” seminarı ilk dəfə Bakıda keçiriləcək.

Seminarın mövzusu belədir: “Video bloqu: öz ifadəni tap, yaz və paylaş!”

Seminar iki gün ərzində (27-28 oktyabr) Bakıda YARAT Müasir İncəsənət Mərkəzində təşkil olunacaq.

Yaradıcı seminar video bloqu fenomenini müzakirə etmək, habelə iştirakçılara öz layihələrini hazırlayıb həyata keçirməkdə yardım göstərmək məqsədi daşıyır.

Seminarı tanınmış videobloqçular, Şərqi Avropa yayımçılarının mütəxəssisləri aparacaqlar.

Brifinqdə iştirak etmək üçün tanınmış alman rejissoru və prodüseri, “ADAMİ Media Prize” proqramının direktoru Stefan Toltz Bakıya gələcək.

Seminarın kuratoru olan kinorejissor, tələbə “Oskar” mükafatının laureatı Elmar İmanov forumun məzmunu barədə məlumat verəcək. Brifinqdə Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edəcək.

Brifinq zamanı fransız-alman ARTE kanalının onlayn strategiya üzrə rəhbəri Dominik Uilyamla “Skype” vasitəsilə bağlantı təşkil ediləcək.

Seminar “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin iştirakçılarına açıqdır. Maraqlanan namizədlər seminarda iştirak etmək və qrant almaq üçün müraciət edə bilərlər.

Onlayn ərizə forması aşağıdakı linkdə yerləşir və bu il oktyabrın 1-dək açıqdır:
www.adamimediaprize.eu/how-to-apply-adami-dialogue-baku-ru/

“ADAMİ Media Prize” “Şərq tərəfdaşlığı” ölkələrində kinematoqrafçıları, jurnalistləri və audiovizual peşəkarları miqrasiya, tolerantlıq və mədəni müxtəliflik mövzularına təşviq etmək üçün yaradılıb.

Mükafat müxtəliflik mövzusunda olan ən yaxşı televiziya filmləri və onlayn proqramlara verilir.

Mükafatla yanaşı, ADAMİ Şərqi Avropa və Avropa Birliyindən media mütəxəssisləri arasında informasiya mübadiləsi və əlaqələr yaratmaq məqsədilə bir sıra tədbirlər təşkil edir.

“ADAMİ Media Prize” Almaniyanın Xarici İşlər Nazirliyi və “ProCredit Holding” tərəfindən maliyyələşdirilir.

Daha ətraflı məlumat üçün: www.adamimediaprize.eu

Aziz Orucov

Ombudsman Əziz Orucova nə məsləhət görüb?

  • 15 Sentyabr 2017
  • comments

Təhsil statistikası infoqrafikada

  • 15 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda