• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xəyallar başqa…

  • 13 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində zəif start götürdü: Azərbaycan təmsilçisi sentyabrın 12-si Londonda İngiltərənin “Çelsi” klubuna 0:6 hesabı ilə yenildi.

C qrupunda digər rəqiblər İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” komandalarıdır. İki dövrəlik qrup mərhələsindən növbəti raunda adlamaq üçün ən azı ikinci yeri tutmaq gərəkdir. İlk turdan sonra “Qarabağ” autsayderdir.

Novator.az-a danışan “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib ki, xəyallarla yaşamayan istənilən azarkeş “Qarabağ”ın Londonda “Çelsi”yə uduzacağını bilirdi: “Sadəcə, hesab bir qədər sarsıdıcı oldu. Amma nəhənglər arasına düşəndə başımıza belə iş gələ biləcəyini anlamalıydıq…

Təbii ki, məğlubiyyət dünyanın sonu deyil, səhvlərdən nəticə çıxarmaq, qalan qrup oyunlarında qol vurmağa, xal qazanmağa çalışmaq lazımdır.

Unutmayaq ki, “Qarabağ”ın bəxtinə düşən rəqiblər qitədə futboluna görə öndə olan böyük beşlik ölkələrinin təmsilçiləridir. Yəni eyforiya, nikbinlik, xəyallar başqadır, yaşıl meydanın və futbolun həqiqətləri isə başqa. 6:0 İngiltərə və Azərbaycan çempionları arasındakı səviyyə fərqinin hesaba çökən əksidir”.

Futbol icmalçısı Aydın Bağırov baş redaktoru olduğu Qol.az saytında yazır ki, 0:6 istənilən komanda üçün çox pis məğlubiyyətdir: “Amma bu məğlubiyyət ümummilli faciə deyil. Çempionlar Liqasında 6 da yox, 7, hətta 8 top fərqi ilə uduzan komandalar olub”.

Qarşıda daha 5 oyun olduğunu xatırladan icmalçı yazır ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünün və futbolçularının səhvlərini yaxşı görür və bunu etiraf edir. Aydın Bağırov ümid edir ki, “Qarabağ”ın müdafiə xətti daha sentyabrın 12-dəki qədər boşluqlar buraxmayacaq.

İcmalçı “Çelsi” ilə “Qarabağ”ın ustalıq səviyyələri arasında fərqləri milli çempionatların səviyyələri ilə əsaslandıraraq yazır: “Peşəkar futbolda klublar yalnız futbolçuları, məşqçiləri, doğru idarəetməsi, güclü maliyyə dayaqları ilə yox, həm də ölkənin çempionatının səviyyəsinə görə böyüyür, inkişaf edir. İngiltərədə “Çelsi”nin iştirak etdiyi çempionatı da Premyer Liqa adlandırırlar, Azərbaycanda “Qarabağ”ın iştirak etdiyi çempionatı da. Onlarda həmin yarışda 20 komanda oynayır, bizdə 8. Orada “Çelsi” ilə rəqabət apara biləcək bəlkə 15 komanda var, bizdə “Qarabağ”la oynaya biləcək cəmi 1 komanda”.

Polislərin jurnalist hədəsi ilə üzləşdiyi iddia ol...

  • 13 Sentyabr 2017
  • comments

Jurnalistin həbsi ilə bağlı açıqlama yayılıb

  • 13 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda