• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polislərin jurnalist hədəsi ilə üzləşdiyi iddia olunur

  • 13 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Şərh

Bəzi xəbər saytlarında belə bir iddia irəli sürülür ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi idarədəki nöqsanlar barədə kəskin yazılar dərc edən KİV-ləri təqib etməyə çalışır. İddiaya görə, rəhbərlik əməkdaşlara tapşırıq verib ki, sözügedən KİV-ləri məhkəməyə verib idarənin xeyrinə qərar çıxarılmasına nail olsunlar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu iddiaya münasibət bildirib.

Novator.az-ın məlumatına görə, Ehsan Zahidov deyib ki, belə iddiaları yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyən jurnalistlər qaldırır: “Yəni mən mətbuatda işləyirəmsə, yol-hərəkət qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqanlıq edə bilərəm. Bunlara görə mənə güzəşt etməsəniz sizi “öz qəzetimdə rüsvay edərəm” deyib hədələyir, hətta şantaj edirlər.

İndi eşidiblər və görürlər ki, polis əməkdaşları öz şərəf və ləyaqətlərini, işgüzar imiclərini sırf hüquqi müstəvidə müdafiə etmək üçün yeri gələndə məhkəmələrə müraciət edirlər. Ona görə də qorxuya düşüblər.

Bəli, hər bir Azərbaycan vətəndaşının, o cümlədən daxili işlər orqanlarında xidmət edən hər bir əməkdaşın məhkəmələrə müraciət etmək üçün konstitusion hüququ var. Onlar da bu hüquqdan istifadə edərək şərəf və ləyaqətlərini, işgüzar imiclərini şər və böhtandan sivil yolla, hüquqi müstəvidə müdafiə edirlər.

Polisin belə qanuni hərəkəti əsl mətbuatın və əsl mətbuat nümayəndələrinin nə fəaliyyətinə, nə də mənafeyinə toxunur. Bu yalnız bir-iki dirnaqarası jurnalistə toxunur və onları qorxudur. Onda belə çıxır ki, polis özünü şərdən-böhtandan qorumaq üçün bilərəkdən uydurma və yalan yazana qarşı qanunsuzluq edib zor tətbiq etməlidir? Xeyr, belə olmayacaq. Bundan sonra da Azərbaycan polisinin hər bir əməkdaşı hər bir Azərbaycan vətəndaşı kimi öz haqqını, öz şərəf və ləyaqətini yalnız hüquqi müstəvidə, yəni Azərbaycanın tam müstəqil olan məhkəmələrinə rəsmi qaydada müraciət etməklə qoruyacaq. Bu bizim hər birimizin konstitusion hüququmuzdur”.

Zakir Həsənov Komanda və İdarəetmə Mərkəzinə baş ç...

  • 13 Sentyabr 2017
  • comments

Xəyallar başqa…

  • 13 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda