2017-ci ilin yanvar-avqust aylarının ixrac və idxal göstəriciləri bəlli olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 8 ayda ümumi ixracın 86,35 faizi neft və qaz sektoruna aiddir. Bu müddətdə ixracın 70,41 faizi xam neft olub. Neft məhsulları ixracın 3,11 faizini, təbii qaz 12,83 faizini təşkil edib.
Xam neft ixracında 21,96 faiz, neft məhsullarının ixracında 4,88 faiz azalma var.
Təbii qaz ixracı 21,31 faiz, elektrik enerjisi ixracı 307,91 faiz çoxalıb.
Hesabata əsasən, ixracın 3,73 faizi meyvə-tərəvəzdir. Meyvə-tərəvəz ixracında 42,73 faiz artım qeydə alınıb.
2017-ci ilin 8 ayında idxalın 22,29 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub.
Yeyinti məhsulları ümumi həcmin 16,35 faizini təşkil edib. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə yeyinti məhsullarının idxalında 5,49 faiz artım var.
Ümumi idxalın 11,48 faizi nəqliyyat vasitələri və onların hissələri, 9,23 faizi qara metallar və onlardan hazırlanan məmulatlardır.