18-ci əsrin 70-ci illərində yaradılan ABŞ-ın tarixində ilk dəfə dövlət borcu 20 trilyon dolları keçib. Sentyabrın 12-nə dövlət borcunun 20,164 trilyon dollar olduğu açıqlanıb.
Novator.az-ın məlumatına görə, mart ayından dövlət borcu 19,84 trilyon dollar həddində dondurulub, ancaq ötən həftə prezident Donald Tramp təbii fəlakətdən zərər çəkənlərə yardım üçün dövlət borcunun müvəqqəti artırılması ilə bağlı qanun imzalayıb.
2009-cu ildən bəri ölkənin borcu 10,63 trilyon dollardan indiki həddə artıb. Ümumi daxili məhsulun 3 faizə yaxın artımı, mərkəzi bankın uçot dərəcəsinin maksimal həddinin 0,5 faiz olduğu şəraitdə borcun ödənilməsi problem yaratmasa da, 2016-cı ilin sonundan Federal Ehtiyat Sistemi pul-kredit siyasətini sərtləşdirib və uçot dərəcəsinin maksimal həddi 1,25 faizə qalxıb.