2017-ci ilin 8 ayı üzrə gömrük hüquqpozmalarının statistikası yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, yanvar-avqust aylarında gömrük orqanları cinayət xarakterli 525 fakt aşkarlayıb.
Gömrükçülər 318 qaçaqmalçılıq faktı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 154 fakt, 1 gömrük ödənişindən yayınma, 68 aksiz markası olmadan mal idxal etmə faktı, 151 digər cinayət xarakterli fakt qeydə alıb.
Yanvar-avqust ayları ərzində gömrük hüquqpozmalarında 568 şəxs təqsirləndirilib.
Dövlət Gömrük Komitəsi hesabat dövründə 5506 inzibati xəta faktı ortaya çıxarıb.