• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı liderin yeni dönəmi başladı 

  • 07 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan sentyabrın 7-də and içərək səlahiyyətlərinin icrasına başlayıb. Novator.az-ın məlumatına görə, mərasim rejimin “parlamentində” keçirilib.

Rejimin bu il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respublikası”na çevrilib. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.

Bako Saakyanın səlahiyyət müddəti iyul ayında başa çatıb. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun”da keçid müddəası nəzərdə tutub. Həmin müddəaya əsasən, iyulun 19-da “prezidenti” “parlament” seçib. Bako Saakyan 33 “deputatın” 28-nin səsini toplayıb. Onun səlahiyyət müddəti 3 il olacaq. 2020-ci ildə isə “prezident” və “parlament” seçkilərini eyni gündə keçirmək nəzərdə tutulur.

Bako Saakyan 2007 və 2012-ci illərdə “prezident” seçilib.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

1991-ci ildən bəri Dağlıq Qarabağ rejiminə Leonard Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan , Robert Köçəryan, Arkadi Qukasyan da rəhbərlik ediblər.

İşğalçı rejim indiyəcən seçki adı altında daha 20 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 3 “referendum”.

Vətəni pulla almaq

  • 07 Sentyabr 2017
  • comments

31 bankın nə qədər pulu var?

  • 07 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda