• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

24 biletin iddiaçıları

  • 07 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Dünya futbol çempionatının seçmə oyunları oktyabr ayından davam edəcək. 2018-ci ildə Rusiyada keçiriləcək çempionata ev sahibindən əlavə 7 milli komanda bilet alıb. Qalan 24 iştirakçı qarşıdakı iki ayda bəlli olacaq.

Novator.az bildirir ki, Cənubi Amerikada 3 birbaşa vəsiqə vakantdır. 10 komandanın bir qrupda yarışdığı bu zonada Braziliya finala vəsiqəni və birinci yeri təmin edib. Finala birbaşa çıxış verən sonrakı üç yerdə Uruqvay, Kolumbiya, Peru qərar tuturlar.

Argentina beşinci yerdədir. Bu yer Okeaniya zonasının qalibi Yeni Zelandiya ilə əlavə vəsiqə üçün iki oyun şansı verir.

6-8-ci yerlərdə olan Çili, Paraqvay və Ekvadorun da Rusiyaya getmək imkanları qalır.

Şimali və Mərkəzi Amerikada 6 komanda bir qrupda yarışır. Meksika final biletini təmin edib, 2 birbaşa vəsiqə vakantdır. Lider Meksikanı turnir cədvəlində Kosta Rika və Panama izləyir. Onların indiki mövqeləri final raunduna vəsiqə verir.

Dördüncü pillədə olan ABŞ isə Asiya zonasındakı Suriya – Avstraliya oyunlarının qalibi ilə üz-üzə gəlməyə namizəddir. Amerikanları turnir cədvəlində Honduras təqib edir.

Asiyadan dünya çempionatına birbaşa vəsiqələri Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, İran alıb.

Avropada 12 vəsiqə qalır. Qrup qalibləri final mərhələsinə birbaşa çıxır, ikinci yeri tutan komandalardan 8-i isə bunun üçün əlavə oyunlar keçirməlidir. 9 qrupdan yalnız birində – H qrupunda birincinin kimliyinə aydınlıq gəlib: Belçikanın finala çıxması rəsmiləşib. Qalibin ardınca Bosniya gəlir. İkinci yeri Yunanıstan, Kipr, Estoniya da tuta bilər.

A qrupunda Fransa birinci, İsveç ikinci pillədədir. Hollandiya və Bolqarıstanın liderlərə çatmaq şansı qalır.

B qrupunda İsveçrə birinci, Portuqaliya ikincidir. Qalan komandalar ələnib.

C qrupunda Almaniya liderdir, Şimali İrlandiya ikinci pillədə dayanır. Digər komandalar onlara çata bilməz.

D qrupunda Serbiya və Uels öndə gedirlər. İrlandiya və Avstriyanın da dünya çempionatına çıxmaq şansları qalır.

E qrupunda Polşa önə çıxıb, onu Monteneqro və Danimarka təqib edir. Digər komandalar ələnib.

F qrupunda İngiltərə birinci, Slovakiya ikinci yerdədir. Sloveniya və Şotlandiyanın liderlərə çatmaq şansları var.

G qrupunda İspaniya başda dayanır, İtaliya ikincidir. Albaniyanın ikinci yeri tutmaq şansı qalır.

İ qrupunda Xorvatiya və İslandiya irəli çıxıb. Türkiyə və Ukrayna liderlərə çatmaq imkanındadır.

Afrikada 20 komanda 5 qrupda mübarizə aparır. Dünya çempionatına qrup qalibləri vəsiqə alacaq. Hazırda A qrupuna Tunis, B qrupuna Nigeriya, C qrupuna Fil Dişi Sahili, D qrupuna Burkina-Faso, E qrupuna Misir başçılıq edir.

“Jurnalistin müttəhimi müqəssir adlandırması yolve...

  • 07 Sentyabr 2017
  • comments

1,8 milyard nəfər müqaviləsiz işləyir

  • 07 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda