• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ziyalıların Mehman Əliyev istəyi

  • 06 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bir qrup ziyalı prezident İlham Əliyevə müraciətlə jurnalist Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə yardım göstərilməsini xahiş edib. Müraciətdə deyilir: “Möhtərəm cənab prezident! Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq Sizdən artıq dərəcədə xahiş edirik ki, “Turan” informasiya agentliyinin həbs olunmuş direktoru Mehman Əliyevin işini diqqətə götürəsiniz. Bu şəxsin ölkə mətbuatının inkişafında böyük xidmətləri var, o, nüfuzlu jurnalist və media eksperti kimi dünyada tanınır. Mehman Əliyev özü və başçılıq etdiyi agentlik çoxsaylı mükafatlara layiq görülüb.

“Turan” agentliyi Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında və Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayıb. Xocalı faciəsi barədə dünyaya ilk məlumatı məhz “Turan” agentliyi çatdırıb. Həmin faciə haqqında çəkilmiş “Sonsuz dəhliz” filmində “Turan”ın nadir arxiv sənədlərindən və agentliyin əməkdaşlarının yaradıcı dəstəyindən geniş istifadə edilib. Bu beynəlxalq layihə sayəsində dünyada yarım milyarddan çox insan Xocalı soyqırımı barədə məlumatlandırılıb.

Mehman Əliyevin istintaqdan yayınma ehtimalı ilə həbsdə saxlanması inandırıcı deyil, çünki ilk gündən o, istintaqdan boyun qaçırmayıb, əksinə, onunla əməkdaşlıq edib.

Cənab prezident, biz cəmiyyətin yaxşı tanıdığı bır jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahiş edirik”.

Müraciəti yazıçılar Anar, Çingiz Abdullayev, şair Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları Rasim Musabəyov, Asim Mollazadə, Fazil Mustafa, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, bəstəkar Fərhad Bədəlbəyli, kinorejissor və ssenarist Ramiz Fətəliyev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, şərqşünas alim Fərda Əsədov, aktyor Nurəddin Mehdixanlı, jurnalistlər Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli imzalayıblar.

Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq iddia edir ki, Mehman Əliyev dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

59 yaşlı Mehman Əliyev “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.

Təhsil Nazirliyi müraciət statistikası yayıb

  • 06 Sentyabr 2017
  • comments
Uzeyir Abbasov

AXCP fəalı inzibati həbsə məhkum edilib

  • 06 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda