• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Xankəndi” gəmisi təqdim olunub

  • 06 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Sentyabrın 6-sı Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

2014-cü il aprelin 17-də Bakı Gəmiqayırma Zavodu “BP Exploration” MMC ilə sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlayıb. “Xankəndi” sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi Sinqapurda inşa edilərək Bakıya gətirilib və bu iki hissə Bakı Gəmiqayırma Zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib, ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verilib. Layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. “Şahdəniz mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq.

“Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb, işçilərin 75 faizi yerli mütəxəssislər olub. Gəminin uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib.

Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min 700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

175 nəfərlik kayutlarla təchiz olunan gəmi indiyə qədər Bakı Gəmiqayırma Zavodunda icra olunan ən mühüm sifarişdir.

Paytaxtın sosial-iqtisadi göstəriciləri

  • 06 Sentyabr 2017
  • comments

Əziz Orucovun işi üzrə istintaq yekunlaşıb

  • 06 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda