• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ticarət nümayəndələrinin statusu artdı

  • 06 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Sənəd ticarət nümayəndələrinin aparatlarının yaradılmasını nəzərdə tutur.

Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxil olacaq. Aparat işçilərinin sayını və ştat cədvəllərini İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək. İşçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat nazirinin səlahiyyətində olacaq, ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Novator.az-ın məlumatına görə, sentyabrın 5-də imzalanan fərmanla Nazirlər Kabineti bir ay müddətində ticarət nümayəndəsi və onun aparatı haqqında əsasnaməni və aparatın nümunəvi strukturunu, ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi qaydasını təsdiq etməlidir.

Nazirlər Kabinetinə ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin maaşlarının gəlir vergisindən azad edilməsi ilə bağlı qanun layihəsini, ticarət nümayəndələrinin aparatlarının işçilərinin və onların ailə üzvlərinin xidməti pasportla təmin edilməsinə və ticarət nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsinə dair təkliflər hazırlamaq da tapşırılıb.

Ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinə dövlət qulluqçusu statusu verilməsi nəzərdə tutulur.

Dövlət başçısı Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsinə bu il yanvarın 26-da fərman verib. Qərar xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması zərurəti ilə əsaslandırılıb.

Ticarət nümayəndələrini prezidentlə razılaşdırmaqla iqtisadiyyat naziri təyin edir.

Ən xoşbəxt ölkələr hansılardır?

  • 05 Sentyabr 2017
  • comments

8 oldu

  • 06 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda