2018-ci ilin iyun-iyul ayları Rusiyada keçiriləcək 21-ci dünya futbol çempionatına 32 milli komanda qatılacaq. Hələlik onlardan 8-nin adı məlumdur. Novator.az həmin komandaların əvvəlki dünya çempionatlarında göstərdiyi ən yüksək nəticələrə nəzər salıb:
Braziliya – 20 dünya çempionatında iştirak edib, 5 dəfə çempion olub.
Belçika – 12 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub.
Cənubi Koreya – 9 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub.
Meksika – 15 dünya çempionatında iştirak edib, 2 dəfə 1/4 finala çıxıb.
Yaponiya – 5 dünya çempionatında iştirak edib, 2 dəfə 1/8 finala çıxıb.
Səudiyyə Ərəbistanı – 4 dünya çempionatında iştirak edib, 1 dəfə 1/8 finala çıxıb.
İran – 4 dünya çempionatında iştirak edib, qrupdan çıxa bilməyib.
Rusiya – 3 dünya çempionatında iştirak edib, qrupdan çıxa bilməyib (FİFA Rusiyanı SSRİ-nin varisi kimi tanıyır. SSRİ 7 dünya çempionatında iştirak edib, 1 dəfə 4-cü yeri tutub).