2017-ci ilin əvvəlinə Azərbaycanda 32189 həkim fəaliyyət göstərib. Tibb müəssisələrində 8122 terapevt, 3652 pediatr, 3445 cərrah, 2762 stomatoloq, habelə digər ixtisaslı həkim çalışıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin hər 10 min nəfərinə 14 pediatr, 8,4 terapevt, 3,6 cərrah, 2,9 stomatoloq, 1,4 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,8 ginekoloq düşüb.
İlin əvvəlində Azərbaycanda 54457 orta tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə 39,3 tibb bacısı, 3,7 feldşer-laborant, 3,4 feldşer, 0,7 rentgen üzrə laborant, hər 10 min qadına 9 akuşer və digər orta tibb kadrı düşüb.