Dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 46,79 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 52,10 dollara qalxıb.
AZƏRTAC -ın 29 avqust məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 53,85 dollar qalıb. Bu, büdcə qiymətindən 13,85 dollar yuxarı qiymətdir. Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb.