Xızıda, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarındakı yanğın və partlayışda yaralanan sonuncu şəxs də evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, avqustun 27-də baş verən hadisə nəticəsində yüngül bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardımla evə buraxılıb, digər şəxs isə bir müddət müşahidə altında saxlanıb, sonra o da xəstəxananı tərk edib.
APA bildirir ki, partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb. Həmin evlərin 2-si Giləzi, 1-i Şurabad kəndində yerləşir. Sakinlər təhlükəsiz yerlərə köçürülüb.