• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yanğın və partlayış barədə rəsmi bilgi

  • 28 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Avqustun 27-si səhər saat 9 radələrində Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin utilizasiya üçün hazırlanmış silah-sursat anbarında yanğın və partlayışlar baş verib. Hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər, yaxınlıqda olan Sitalçay, Giləzi, Məmmədhəsən, Şurabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyə edilib. Hadisə yerində işləyən 6 şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin son məlumatında bildirilir ki, saat 17 radələrində yanğının digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində tədbirlər görür.

Yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş, hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib, partlayış yerinə yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri daimi yaşayış yerlərinə qaytarılıblar.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

 

Vergiler Nazirliyi

Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə ...

  • 25 Avqust 2017
  • comments
Mehman Aliyev

Amerikadan reaksiyalar

  • 28 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
Xəbər

Yarım ilin 20 populyar adı

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Trampı postda saxlamaq təklifi – “Fox News”

GLOBALS:0

Tags

  • Bölgə
  • Hadisə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

Son materiallar

comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0
comments
Xəbər

Yarım ilin 20 populyar adı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda