• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi məhbusların yeni siyahısı açıqlanıb

  • 28 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Siyasi məhbusların yeni siyahısı açıqlanıb. Novator.az-ın məlumatına görə, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, hüquqşünas Ənnağı Hacıbəyli, jurnalistlər Şahvələd Çobanoğlu, Rövşən Hacıbəyli və başqalarının tərtib etdiyi siyahıda 160 şəxsin adı var.

Sənəd müəllifləri bildirir ki, 158 işdə siyasi motivli həbsin baş verdiyi təsbit olunub, həmin şəxslər siyasi məhbus kimi tanınıb, 2 iş hələ müşahidə altındadır.

Siyahıdakı şəxslərin 10-u jurnalist və bloqçu, 2-si ədib, 1-i hüquq müdafiəçisi, 11-i ictimai- siyasi fəal, 97-si inanclı fəal, 3-ü ömürlük məhbusdur.

Siyahıya sosial etirazlarda iştirak etdiyi üçün tutulan 19 nəfər, 2 keçmiş dövlət qulluqçusu daxil edilib.

Siyasi girovlar bölümündə 3 nəfərin işindən bəhs olunur, həmin şəxslərin tənqidçi qohumlarına təsir göstərmək, yaxud onları cəzalandırmaq üçün həbs edildiyi vurğulanır.

Daha 10 nəfər silahlı birlik yaratmaq və başqa ağır cinayətlər ittihamı ilə tutulmuş Səid Dadaşbəylinin işi üzrə həbsdədir.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Natiq Cəfərlinin cinayət işi xətm olundu

  • 28 Avqust 2017
  • comments

Rusiyada müəllimlər nə qədər maaş alır?

  • 28 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda