Həbs olunan jurnalist Mehman Əliyevin hüquqlarını müdafiə edən ictimai komitə yaradılıb. Novator.az-ın məlumatına görə, Mehman Əliyevə Azadlıq Komitəsinin ilkin tərkibi belədir: İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn, Cəmil Həsənli, Qubad İbadoğlu, Arzu Abdullayeva, Novella Cəfəroğlu, Mirmahmud Mirəlioğlu, Mətləb Mütəllimov, Eldəniz Quliyev, Hilal Məmmədov, Oqtay Gülalıyev, Əvəz Zeynallı, Ruslan İzzətli, Ülvi Həsənli, Bəxtiyar Hacıyev, Nəsimi Məmmədli, Şəhla İsmayıl, Zümrüd Yağmur, Taleh Xasməmmədov, Ülviyyə Xəlil, Akif Qurbanov, Ələsgər Əhmədoğlu, Rövşən Əhmədli, Leyla Yunus, Rövşən Hacıbəyli, Elçin Şıxlı, Qənimət Zahid, Arif Əliyev, Yalçın İmanov, Fariz Namazlı, Elçin Məmməd, Bəhruz Bayramov, Elçin Sadıqov, Fuad Ağayev, Fəxrəddin Mehdiyev, Rafiq Cəlilov, Mehriban Vəzir, Elman Fəttah, Tapdıq Fərhadoğlu, Tatyana Kryuçkina, Yusif Süleymanlı, Xeyrulla Balaxanılı, Ramiz Həsənov, İlqar İbrahimoğlu, Samir Əsədli, Əhməd Cəlaloğlu, Ağasif Şakiroğlu, Daşqın Ağalarlı, Zəlimxan Məmmədli, Elşən Əlisoy, Kərbəlayı Əli, Sərdar Əlibəyli, Gülağa Aslanlı, Tural Abbaslı, Hikmət Hacızadə.
“Turan” informasiya agentliyinin direktoru olan Mehman Əliyev avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. Qərar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında çıxarılıb. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.