• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Turan agentliyi

“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi

  • 25 Avqust 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avqustun 25-də “Turan” agentliyinin kollektivi bəyanat yayıb.

Novator.az-ın məlumatına görə, bəyanatda deyilir ki, agentliyin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar “Turan”ın bank hesabları dondurulub: “Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq “Turan”ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik”.

2017-ci ilin may ayında vergi orqanının apardığı kameral yoxlamada “Turan”a 3 min 744 manat 36 qəpik vergi məbləği hesablanıb. Agentliyin nazirliyə şikayətindən sonra işə yenidən baxılıb, qərar ləğv edilib. Ancaq avqustun 7-də Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti agentliyə 26 min 907 manat 20 qəpik mənfəət vergisi hesablandığını bildirib.

Avqustun 16-da nazirliyin əməkdaşları “Turan”ın redaksiyasına gələrək agentliyin 2014-2016-cı illərə aid maliyyə, kargüzarlıq sənədlərinin və bir sıra digər sənədlərin surətlərini, mühasibin şəxsi noutbukunu götürüblər, əməkdaşların şəxsi əşyalarına, kompüterlərinin yaddaşına baxış keçiriblər.

Az sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.

Avqustun 24-də “Turan”ın direktoru Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunub. Bir neçə saat dindiriləndən sonra o, Cinayət Məcəlləsinin 231.1 və 308.1-ci maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

231.1-ci maddə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, 308.1-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyəti nəzərdə tutur.

Mehman Əliyev hazırda Yasamal Rayon Polis İdarəsində saxlanır. Agentlik direktorunun avqustun 25-də məhkəmə qarşısına çıxarılması gözlənir.

59 yaşlı Mehman Əliyev “Turan” informasiya agentliyinin qurucusudur. Agentlik 1990-cı ildə yaradılıb.

Qaldı 80 komanda

  • 25 Avqust 2017
  • comments

“Qarabağ”ın rəqibləri, oyunların təqvimi

  • 25 Avqust 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda