• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Metbuat Surasi

Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi

  • 25 Avqust 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Azərbaycan Mətbuat Şurası prezident İlham Əliyevə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı müraciət edib.

Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin müstəqilliyi uğrunda mücadilənin geniş vüsət aldığı bir dövrdə prosesin ilhamvericisi qismində çıxış edən media orqanları da təşəkkül tapmağa başlayıb: “Bunlardan biri də “Turan” informasiya agentliyidir. Agentlik həmin mərhələdə Azərbaycanla bağlı başlıca informasiya mənbələrindən biri olmaqla yanaşı eyni zamanda daxili ictimai-siyasi mühitin formalaşmasına da mühüm töhfəsini verdi. Mövcud xüsusda “Turan”ın direktoru Mehman Əliyevin də əməyi vurğulanmalıdır. O, özünü cəmiyyətə peşəkar jurnalist olaraq təqdim etdi.

Mehman Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Hazırda hüquq mühafizə orqanları onu saxlayıb, araşdırmalar gedir. Sizə müraciət ünvanlamaqla hər zamankı hümanizminizə, insanpərvər mövqeyinizə güvənirik. İnanırıq ki, bu mövqeyinizi “Turan” informasiya agentliyinin rəhbərinə münasibətdə də görəcəyik.

Möhtərəm cənab prezident, xahiş edirik ki, Mehman Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına köməyinizi əsirgəməyəsiniz. Həssas yanaşmanızın yaranmış problemin aradan qaldırılmasında həlledici rol oynayacağına əminik”.

59 yaşlı Mehman Əliyev “Turan” informasiya agentliyinin qurucusudur. Agentlik 1990-cı ildə yaradılıb.

Bu ay Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.

Avqustun 24-də Mehman Əliyev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunub. Bir neçə saat dindiriləndən sonra o, Cinayət Məcəlləsinin 231.1 və 308.1-ci maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

231.1-ci maddə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, 308.1-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyəti nəzərdə tutur.

Mehman Əliyev hazırda Yasamal Rayon Polis İdarəsində saxlanır. Agentlik direktorunun avqustun 25-də məhkəmə qarşısına çıxarılması gözlənir.

Avqustun 25-də “Turan” agentliyinin kollektivi bəyanat yayıb. Bəyanatda deyilir ki, agentliyin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar “Turan”ın bank hesabları dondurulub: “Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir. Yaranmış vəziyyəti nəzərə alaraq “Turan”ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxtadək dayandıracaq”.

Cəhənnəmdən keçmiş mələk

Cəhənnəmdən keçmiş mələk (40)

  • 25 Avqust 2017
  • comments
Cempionlar Liqasi

“Qarabağ” 57,2 milyon avro qazana bilər

  • 25 Avqust 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda