• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın Qurbanı

  • 24 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

UEFA Çempionlar Liqasının tarixində ilk dəfə Azərbaycan təmsilçisi qrup mərhələsinə adlayıb: Ağdamın “Qarabağ” komandası Avropanın 32 ən güclü klubu arasındadır.

Əsası 1951-ci ildə qoyulan komanda müxtəlif illərdə “Məhsul” , “Şəfəq”, “Kooperator” adları ilə Azərbaycan SSR-in çempionatlarında yarışıb. 1988-ci ildə  indiki adı ilə Azərbaycan SSR-in çempionu olub, 1989-cu və 1991-ci illərdə SSRİ çempionatının 2-ci dəstəsində oynayıb.

1992-ci ildən “Qarabağ” müstəqil Azərbaycanın futbol çempionatının yüksək dəstəsində mübarizə aparır.

9 ildir komandaya Qurban Qurbanov baş məşqçilik edir. “Qarabağ” onun dövründə 4 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, 3 dəfə Avropa Liqasının qrup mərhələsinə düşüb.

Novator.az bildirir ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında hücumçu mövqeyində çıxış edib. Azərbaycan milli komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

2014-cü ilin dekabr ayında Mediaforum.az-a müsahibəsində  Qurban Qurbanov futbola gəlişi haqqında bunları deyib: “Futbolla böyümüşəm desəm, yanılmaram. Hələ uşaq olarkən məhəllədə futbol oynamağa başlamışam, sonra pillə-pillə yüksələrək rayon komandasında oynamışam, ardınca daha yaxşı klublara transfer olunmuşam, milli komandanın üzvü seçilmişəm. Daha sonralar beş il Rusiyada çıxış etmişəm. Bakıya qayıtdıqdan sonra karyeramı “Neftçi”də davam etdirmişəm. “İnter” klubunda futbol həyatımı yekunlaşdırıb məşqçiliyə başlamışam.

Futbola marağım lap uşaqlıqdan başlayıb. Kənddə böyüdüyüm üçün daha çox küçələrdə, məktəbin idman sahəsində futbol oynayardıq. O zamanlar gənclər arasında rayon çempionatı keçirilirdi. Mən də orada iştirak edirdim. 7-ci sinifdə oxusam da, fiziki cəhətdən üstün olmağımla diqqət çəkirdim, kənd komandasının üzvü idim.

Həmin dövrdə Zaqatalanın “Daşqın” komandası vardı. Baş məşqçi Şaban Şirdanov rayon çempionatı keçiriləndə oyunlara gəlirdi, perspektivli oyunçular axtarırdı. Oyunumu bəyəndiyi üçün məni kluba dəvət etdi. Qardaşım Musa da əsgərlikdən yeni qayıtmışdı. Özü də futbolçu olduğundan məni futbola yönləndirdi. Qardaşım dedi ki, istəyirəm futbolçu olasan. Həm Şaban Şirdanov, həm qardaşım futbolçu kimi gələcəyimin yaxşı olacağına inanırdılar. Onların dəstəyi ilə karyerama başladım. Orta məktəbin 8-ci sinfində oxuyanda “Daşqın” komandasının əsas heyətində məşqlərə başladım. 10-cu sinifdə isə “Daşqın” klubunun əsas heyətinin üzvü oldum, Azərbaycan çempionatında oyunlara çıxdım…”.

Digər yazılar: 

“Qarabağ”ın tarixi

“Qarabağ”ın rəqibləri, oyunların təqvimi

“Qarabağ” 57,2 milyon avro qazana bilər

Seçmə mərhələ finişə üz tutur (Bütün qruplarda vəziyyət)

Cingiz Huseynov

Çingiz Hüseynov “Məhəmməd” romanından danışdı

  • 24 Avqust 2017
  • comments

Mühacirləri ən çox hansı ölkələrdə sevirlər?

  • 24 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda