İlham Əliyev “Qarabağ”ı qəbul etdi və mükafatlandırdı
- 24 Avqust 2017
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyətini qəbul edib.
Dövlət başçısının həmin gün imzaladığı sərəncamla 2017-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.
“Qarabağ” avqustun 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə adlayıb. İndiyədək heç bir Azərbaycan klubu belə uğur qazanmamışdı.