Novator.az “Qarabağ” futbol klubunun tarixi barədə qısa arayışı təqdim edir.
“Qarabağ” komandasının əsası 1951-ci ildə Ağdam şəhərində stadion istifadəyə veriləndə qoyulub. “Məhsul” adı altında çıxış edən komanda 1966-cı ildən Azərbaycan SSR-in çempionatlarında yarışıb.
1968-ci ildən komanda respublika çempionatlarında təmsil olunmayıb.
1977-ci ildə “Şəfəq” adı ilə bərpa edilən komanda yenidən respublika çempionatlarında oynayıb.
1982-ci ildən komanda “Kooperator” adı daşıyıb.
“Qarabağ” adı alandan sonra komanda 1988-ci ildə Azərbaycan SSR-in çempionu olub.
1989-cu və 1991-ci illərdə “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsində yarışıb.
1992-ci ildən “Qarabağ” müstəqil Azərbaycanın futbol çempionatının yüksək dəstəsində mübarizə aparır. 1993, 2014, 2015, 2016, 2017-ci illərdə “Qarabağ” çempion olub, 1993, 2006, 2009, 2015, 2016, 2017-ci illərdə Azərbaycan kubokunu qazanıb.
1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra komanda köçkün klub kimi fəaliyyət göstərir, hazırda Bakıda məskunlaşıb.
2001-2004-cü illərdə komanda “Qarabağ-Azərsun” adlanıb.
Komanda 1996-cı ildən başlayaraq 13 dəfə Avropanın klub turnirlərinə qatılıb (Nəticələr), 2014-2015, 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyib.