• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İçərişəhəri qoruyan idarənin statusu yeniləndi

  • 22 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edib. Sərəncam avqustun 21-də imzalanıb.

Novator.az bildirir ki, 42 yaşlı Əsgər Ələkbərov 2016-cı il mayın 12-dən Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi postunu tutub. Ötən il noyabrın 24-də prezident fərmanı ilə icra hakimiyyəti orqanı hüquqi statuslu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsə çevrilib.

Bu il avqustun 7-də dövlət başçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nizamnaməsini təsdiq edib. Sənədə əsasən, idarə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Qurumun təsisçisi Azərbaycan prezidentidir. O, İdarə Heyəti sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Nazirlər Kabinetinə İdarə Heyətinin digər iki üzvünü vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib.

İdarənin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

2015-ci ilin dekabrında qəbul edilmiş qanuna görə, publik hüquqi şəxsin pullu xidmətlər göstərmək, özünü maliyyələşdirmək hüququ var. Onun əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsi və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.

Dağlıq Qarabağda nə qədər maaş alırlar?

  • 21 Avqust 2017
  • comments

Hasilat razılaşması barədə xəbər qiyməti artırıb

  • 22 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda