• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi

  • 21 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bir qrup hüquq müdafiəçisi prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya “Turan” informasiya agentliyi ilə bağlı müraciət ünvanlayıb.

Hər iki müraciət eyni məzmundadır və Vergilər Nazirliyinin “Turan” agentliyində apardığı yoxlama ilə bağlıdır.

2017-ci ilin may ayında vergi orqanının apardığı kameral yoxlamada “Turan”a 3 min 744 manat 36 qəpik vergi məbləği hesablanıb. Agentliyin nazirliyə şikayətindən sonra işə yenidən baxılıb, qərar ləğv edilib. Ancaq avqustun 7-də Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamenti agentliyə 26 min 907 manat 20 qəpik mənfəət vergisi hesablandığını bildirib.

Avqustun 16-da nazirliyin əməkdaşları “Turan”ın redaksiyasına gələrək agentliyin 2014-2016-cı illərə aid maliyyə, kargüzarlıq sənədlərinin və bir sıra digər sənədlərin surətlərini, mühasibin şəxsi noutbukunu götürüblər, əməkdaşların şəxsi əşyalarına, kompüterlərinin yaddaşına baxış keçiriblər.

Az sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparılması barədə qərar qəbul edib.

Hazırda nazirlik agentliyin 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-dək olan fəaliyyətini yoxlayır.

Agentliyin rəhbərliyi yoxlamanın əsassız sayılması üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib.

Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti hüquq müdafiəçilərindən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və Əvəz Həsənov imzalayıblar.

Müraciətdə qeyd olunur ki, 1990-cı ilin mayında bir qrup jurnalistin təşəbbüsü ilə yaradılan “Turan” keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir. Bildirilir ki, “Turan” agentliyi siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, marketinq, qanunvericilik, din, mədəniyyət, idman mövzularında xəbərlər, analitik məqalələr və icmallar hazırlayır: “Azərbaycanla bağlı məlumat axtarışında olan bütün beynəlxalq informasiya mərkəzləri – “Reuters”, “France Press”, BBC, CNN və yüzlərlə media qurumu, rəsmi dövlət və hökumət strukturları, diplomatik missiyalar, beynəlxalq təşkilatlar, dünya miqyaslı şirkətlərin nümayəndəlikləri və məşhur yerli işgüzar dairələr “Turan”ın məlumatlarının və bülletenlərinin oxucusudur”.

Müraciətdə deyilir ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın ofisində yoxlamalara başlayıb, maliyyə sənədlərinin, bir sıra digər sənədlərin surətləri, mühasibin kompüteri götürülüb, o cümlədən agentliyin 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər fəaliyyət dövrü üzrə cinayət təhqiqatı aparılması haqqında qərar qəbul olunub.

Diqqətə çatdırılır ki, prezidentin səyi ilə ölkədə mətbuat işçilərinin sosial problemlərinin həll olunması, o cümlədən sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülsə də, vergi orqanları Azərbaycanda ən nüfuzlu agentlikdə yoxlamalara başlamaqla faktiki həmin agentliyin fəaliyyətinə maneələr yaradır: “Bütün bunları nəzərə alaraq hüquq müdafiəçiləri adından rica edirik ki, “Turan” informasiya agentliyi üçün normal iş şəraitinin yaradılması və əlavə vergi yoxlamalarının aparılması ilə bağlı prosesi nəzarətə götürəsiniz, agentliyin işinə mane olunmasının qarşısını almaq üçün müdaxilə edəsiniz”.

Nazirlikdən işlə təminat hesabatı

  • 21 Avqust 2017
  • comments

Dağlıq Qarabağda nə qədər maaş alırlar?

  • 21 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda