• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cocuq Mərcanlı: ikinci mərhələ bir aya yekunlaşacaq 

  • 21 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi ilə bağlı hesabat verib. Qurumdan AZƏRTAC-a bildirilib ki, inşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır.

17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq.

1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək, qəsəbə elektrik enerjisi, su və qazla tam təchiz ediləcək.

Hazırda qəsəbədə 25 evin dam örtüyü vurulub, digər evlər və ictimai binaların isə hörgü işləri yekunlaşıb. Tikinti işlərinin 1 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.

Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel ayından ordu ətraf ərazilərə nəzarət edir və Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.

Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Məzənnələr yuxarı üz tutub

  • 21 Avqust 2017
  • comments

Balacaboy hündür adam

  • 21 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda